IQNA

İmam Musa Sədrin oğurlanmasından 43 il keçdi

10:43 - September 01, 2021
Xəbər sayı: 3490633
İmam Musa Sədr və dostları Məhəmməd Yəqub və Abbas Bədrüddin, 1978-ci ilin Avqust ayının 31-də, 43 il öncə, Müəmmər Qəzzafinin dəvəti ilə Livandan Liviyaya səfər edir, amma bu səfərdən geri qayıtmırlar.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İmam Musa Sədr və iki dostu, Şeyx Məhəmməd Yəqub və jurnalist Abbas Bədrüddin, 1978-ci ilin Avqust ayının 31-də, 40 il öncə, Müəmmər Qəzzafinin dəvəti ilə Livandan Liviyaya səfər edir, amma bu səfərdən geri qayıtmır.

Dünya şiələrinin dini və siyasi lideri Seyid Musa Sədr (təvəllüd: 14 xordad 1307 – Qum / iyun 1928-ci milad ili) 1338-ci ilin axırlarında İranı Livana səfər etmək üçün tərk etdi. Onun bu səfərinin əsas hədəfi Livan şiələrin onlara məxsus özəlliyini dünyaya tanıtdırmaq və Livanda şiələrin ictimai, mədəni və iqtisadi işlərini nizama salamq idi.
Onun bu səfərinin strateji hədəfi şiələri hər bir sahədə başqa tayfalar qədər irəli çəkmək və Livanın tarixində onların da mühüm rolunun olduğunu göstərmək idi.
O, Livana səfər etdikdən sonra şiələrin Livan ali şurasını təşkil etdi. Həmçinin onların fikri və siyasi rəhbərliyini öhdəsinə götürdü.
İmam Musa Sədr 1978-ci ilin yayında Liviyanın keçimiş diktatoru Müəmmər Qəzzafinin dəvəti ilə Libiyaya getdi və orada yoxa çıxdı (oğruladılar).
Onun Liviyada yoxaçıxmasından illər ötməsinə baxmayaraq hələ də ailəsi, dostları, şagirdləri və bütün onu sevənlər onun yolunu gözləyirlər. Bu gün onun şagirdləru Livanın mühüm siyasi və ictimai ərsələrində həlledici rola malikdirlər.

İmam Musa Sədr və onun on beş nəfər həmkarının, o cümlədən Livan şiələrinin ali şurasının indiki rəisi Şeyx Əbdül-Əmir Qəbəlan sonuncu dəfə 1975-ci ildə Həcc mərasimində olublar.

Həmin səfərdə İmam Musa Sədri mərhum Şeyx Əbdül-Həlim əz-Zeyn, Şeyx Hüseyn əl-Xətib, Fəzlullah Dandeş, Məhəmməd Yaği (Livanın keçmiş parlament üzvləri), Məhəmməd Qaraəli (qəzet yazarı), Seyid Həsən Sədr, Həmudi Əvazə (livanlı tacir), Hacı Əbur-Rza əl-Hac və digərləri müşayət edirdilər.

 

 

captcha