IQNA

Türkiyəli müəzzin dəri üzərində rəsmlər çəkir – FOTO

19:38 - October 13, 2021
Xəbər sayı: 3490970
İncəsənət fakültəsinin məzunu olan Barışan Ankaradakı məscidlərdən birində müəzzin olaraq fəaliyyət göstərir. Buna parallel olaraq da müsəlman kişi rəssamlıqla da məşğul olur.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Türkiyəli müəzzin Naci Barışan dünya bazarına çıxaraq öz əl işlərini ABŞ və Avstraliyada sərgiləməyi planlaşdırır.

O, Türkiyənin ən məşhur islami memarlıq abidələrinin şəkillərini dəri üzərində çəkir.

Barışan öz karyerası ərzində 50 bu cür sənət əsərinə imza atıb.

İncəsənət fakültəsinin məzunu olan Barışan Ankaradakı məscidlərdən birində müəzzin olaraq fəaliyyət göstərir. Buna parallel olaraq da müsəlman kişi rəssamlıqla da məşğul olur.

Onun sözlərinə görə, Avstraliyada gördüyü əl işləri onda islami abidələri çəkərək sərgilərdə nümayiş etdirmək həvəsi yaradıb.

Dəri üzərində rəsmin çəkilməsinin seçilməsinə gəlincə isə, Barışan deyib ki, bu, qədim irs və ənənədir və o, bununla bağlı dəri üzərində Quran-Kərimin ayələrinin yazılmasına istinad edib.

Onun əl işləri arasında İraq, İspaniya, Əfqanıstan və Pakistanın məşhur məscidlərinin şəkilləri var. / 4004220

نقاشی آثار تاریخی اسلامی روی چرم توسط موذن هنرمند ترکیه‌ای/آماده

نقاشی آثار تاریخی اسلامی روی چرم توسط موذن هنرمند ترکیه‌ای/آماده

captcha