İQNA-nın Qırğızıstandan verdiyi xəbərə əsasən, bu müsabiqə, dünən Müstəqil Dövlətlər Birliyi nümayəndələrinin iştirakı ilə Qırğızıstanın paytaxtı Bişkekdəki İmam Sərəxsi adına Mərkəzi məsciddə keçirilib. Sonda rütbə əldə edənlər tanıtdırılıb.
"Quran baharı" adlanan yarışmada Qırğızıstan qariləri birinci, Dağıstan Respublikası isə ikinci olub. Özbəkistan və Qazaxıstan nümayəndələri də üçüncü yeri bölüşüblər.
Qeyd etmək lazımdır ki, Qırğızıstan Müsəlmanları Dini İdarəsi bu yaxınlarda “Quran baharı” adlı ilk ümummilli Quran müsabiqəsini keçirmişdi.
Müstəqil Dövlətlər Birliyi (MDB) 1991-ci ildə Rusiya və əvvəllər Sovet İttifaqının tərkibində olan 11 digər respublika tərəfindən yaradılıb. Birliyin əsas mərkəzi, Belarusun paytaxtı Minskdə yerləşir.