IQNA

Britaniyadakı islamofob cinayətlərlə bağlı qorxunc statistika

18:51 - November 04, 2021
Xəbər sayı: 3491132
Böyük Britaniyada dinə nifrət zəminində törədilən cinayətlərin qurbanlarının, demək olar ki, yarısını müsəlmanlar təşkil edir.

İQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) Az.shafaqna.com-a istinadən xəbər verir ki, Böyük Britaniyada dinə nifrət zəminində törədilən cinayətlərin qurbanlarının, demək olar ki, yarısını müsəlmanlar təşkil edir.

Buna krallığın Daxili İşlər Nazirliyinin statistik məlumatları dəlalət edir.

Belə ki, 2020-ci il mart – 2021-ci il mart tarixləri arasında qeydə alınmış bu cür cinayətlərin 45%-i müsəlmanlara qarşı törədilib. Müsəlmanlar belə cinayət aktlarında 2 703 dəfə zərərçəkmiş tərəf olub.

Britaniya Müsəlman Şurasının Baş katibi Zara Məhəmməd nifrət zəminində törədilən zorakılıq aktlarını pisləyib və onların qarşısının alınması istiqamətində addımlar atmağa dair çağırış edib.

Müşahidə edilən mənfi tendensiya ilə əlaqədar olaraq noyabr ayı ölkədə islamofobiya barədə məlumatlandırma ayı elan edilib. İnformasiya kampaniyası çərçivəsində İslam və müsəlmanlara qarşı mənfi yanaşma problemi barədə maarifləndirmə işləri aparılacaq.

captcha