IQNA

Həcc ziyarətinə gedənlərin sayı bir milyon olacaq

19:23 - April 09, 2022
Xəbər sayı: 3492032
Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyi xüsusi sağlamlıq şərtləri ilə Həcc ziyarətinə gedən zəvvarların sayının bu il bir milyona çatacağını açıqlayıb.

"İQNA", "Russiaəlyəvm"-ə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı xəbər agentliyi, korona epidemiyası səbəbindən son iki ildə zəvvarların sayında nəzərəçarpacaq dərəcədə azalmadan sonra bu il ölkəyə gələcək həcc zəvvarlarının sayının artırdığını bildirib.

Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyi şənbə günü bəyanat yayıb ki, Səudiyyə Ərəbistanı hökuməti sağlamlıqla bağlı tövsiyələrə əməl etməklə, ölkələrə ayrılan kvotaları nəzərə alaraq bu il Səudiyyə Ərəbistanı daxilindən və xaricindən gələn zəvvarların sayını bir milyona çatdırmaq qərarına gəlib.

Səudiyyə Ərəbistanının Həcc Nazirliyi bu il müsəlmanların Məkkəyə illik həcc ziyarətinin 65 yaşdan aşağı insanlar üçün olacağını və zəvvarların tam peyvənd edilməli olduğunu bildirib.

Nazirlik əlavə edib ki, xaricdən gələn zəvvarlar da mənfi Covid-19 "PCR" testi təqdim etməlidirlər. Həmçinin sağlamlıq qaydalarına riayət olunmalıdır.

4047951

captcha