IQNA

Beş yüz min nüsxə Quran müqəddəs məscidlərə paylanılıb

7:27 - July 09, 2022
Xəbər sayı: 3492524
Səudiyyə Ərəbistanının İslam İşləri, Təbliğat və İrşad Nazirliyi Həcc ziyarətinin gəlişi münasibətilə müqəddəs məscidlərə 500 min nüsxə Qurani-Kərimin paylandığını açıqlayıb.

"İQNA", "Məkkə qəzeti"-nə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanının İslam İşləri, Təbliğat və İrşad Nazirliyi açıqlama verib  ki, Quranın bu nüsxələri Mədinədə Kral Fəhd Quran Çap Dərnəyi tərəfindən məscidlərə hədiyyə edilib.

Bu nazirlik vurğuladı ki, Allah evinin zəvvarlarının öz vəzifələrini asan və rahat şəkildə yerinə yetirmələri üçün lazım olan hər şeyi təmin etmək üçün Qurani-Kərimin yarım milyon nüsxəsi və dünyanın müxtəlif dillərində tərcümələri ilə birlikdə məscidlərə çatdırılıb.

4069194

Teqlər: quran ، nüsxə ، məscid ، ərəbistan ، zəvvar
captcha