"İQNA", "Əş-şərq"-ə istinadən xəbər verir ki, İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (İSCO) sentyabrın 8-də təşkilatın Mərakeşin paytaxtı Rabatdakı baş qərargahında Peyğəmbərin (s) həyat tərzi və İslam sivilizasiyasına dair sərgi və muzeyin rəsmi açılışı olacağını bildirib.
Bu beynəlxalq sərgi və muzey İSESKO, Dünya Müsəlman Liqası və Səudiyyə Ərəbistanı Krallığının Məhəmmədiyyə Uləma Birliyi arasında üçtərəfli strateji tərəfdaşlıq nəticəsində açılacaq.
Bu muzey Qurani-Kərim, Sünnə və İslam tarixinə əsaslanan ədalət, sülh, xeyirxahlıq, birgəyaşayış və mötədillik sahəsində İslamın mesajını tanıtdırır.
4073641