"İQNA", Hüseyni ziyarətgahının məlumat bürosuna istinadən xəbər verir ki, Ərbəin günlərinin yaxınlaşması və müxtəlif ölkələrdən gələn zəvvarların çoxluğu ilə Əba Əbdillahil-Hüseynin (ə) müqəddəs hərəmində Ləbbeykə ya Hüseyn (ə) nidaları səslənir.
Digər tərəfdən, İmam Hüseynin (ə) hərəminin İdarəsi Ərbəin ziyarəti ilə bağlı təhlükəsizlik planının həyata keçirilməsi üçün bütün hazırlıqların başa çatdığını elan edib. Bu layihədə 1800-dən çox qabaqcıl CCTV kameralarından istifadə olunub.
Bu planın həyata keçirilməsində 7 mindən çox könüllü də iştirak edir.
4084247