IQNA

Quran surələri 3

Ali-İmran surəsi və Həzrət Məryəmin (ə) həyatı və fəzilətləri

8:26 - January 11, 2024
Xəbər sayı: 3495278
İQNA – Ali-İmran surəsinin mühüm bir hissəsi Həzrət Adəm, Nuh, İbrahim, Musa, İsa və digər peyğəmbərlərin tarixindən, həmçinin Həzrət Məryəmin və ailəsinin həyatı və fəzilətlərindən bəhs etmişdir.

Ali-İmran surəsi və Həzrət  Məryəmin (ə) həyatı və fəzilətləri Mədinə dövründə nazil olmuşdur. O, 200 ayədən ibarətdir. Surə adını 33-cü ayədəki “Ali-İmran” ifadəsindən almışdır. Ali-İmran, İmran ailəsi deməkdir.

Surədə Ühüd döyüşü, cihad, mübahilə, yəhudilərin İslama dəvət edilməsi, səbrin əmri, şəhidlərin fəziləti və bəzi gözəl dualar kimi bir çox şeylər gəlib.

Ümumilikdə surənin məzmununu belə saya bilərik:

1- Surənin əhəmiyyətli bir hissəsində tövhid, Allahın sifətləri, məad və İslami təlimlərdən bəhs edilir.

2- Digər hissədə isə cihadın əhəmiyyəti və əmrləri, məsələn, Allah yolunda şəhidlərin əbədi həyatı, Bədr və Ühüd döyüşlərindən alınan ibrətlər izah edilir.

3-Surənin digər hissəsində islami hökmlər silsiləsi qeyd edilmişdir. Müsəlmanların səflərinin birliyi, Kəbə, həccin vacibliyi, əmr be məruf və nəhy əz münkər, əmanət məsələsi, Allah yolunda infaq, yalanı tərk etmək, müxtəlif ilahi bəla və imtahanlara səbr etmək və s.

4-Bu mövzuları tamamlamaq üçün Peyğəmbərlərin və Həzrət Məryəmin (s) tarixindən bəzi hissələri və onun hekayətindən bəhs edilir.

Surənin məzmunu mövzularına görə belə bölünür:

a -Tövhid, Allahın sifətləri, qiyamət və İslam təlimləri

b - Cihad əmiri, Bədr və Ühüd döyüşlərindən dərs alan

c - Kəbə, həcc mərasimləri, yaxşı işlər görməyi əmr edib pislikdən çəkindirmək, təvəlla (Allahın dostları ilə dost olmaq) və təbərra ( Allahın düşmənləri ilə düşmən olmaq) Allah yolunda infaq etmək və yalanı tərk etməklə bağlı bəzi İslam qaydalarına işarə edir.

d - Müsəlmanların birliyinə və düşmənə qarşı müqavimət göstərməyə dəvət

e - İlahi bəlalar və imtahanlar qarşısında səbir və hər vəziyyətdə Allahı zikr etmək

f – Peyğəmbərlərin tarixindən bəhs etmək; Həzrət Adəm, Nuh, İbrahim, Musa və İsa (ə)

g – Məryəmin ailəsi, həyatı və fəzilətləri

h – İsa və Musanın üsyankar ardıcıllarının İslama qarşı məkrli planları

Bu surənin fəziləti ilə bağlı Peyğəmbərimiz buyurur: “Hər kəs “Ali-İmran” surəsini ayələrin sayına görə oxusa, onu Cəhənnəm körpüsündə əmin-amanlıqla təmin edərlər”.

captcha