IQNA

Türkiyə şiələrinin lideri:

Türkiyə şiələri öz hüquqlarından məhrumdurlar!

11:36 - February 09, 2015
Xəbər sayı: 2828040
Xarici şöbə: Türkiyə şiələrinin rəhbəri Səlahəddin Özgündüz ölkəsində şiələrə qarşı ayrı-seçkiliyə işarə edərək dedi: Bu gün Türkiyədə heç kəs şiələr qədər öz qanuni hüquqlarından məhrum edilməmişdir!


İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "arannyuz" xəbər agentliyinə istinadən verdiyi xəbərə görə Türkiyə şiələrinin lideri, İstambulun Cümə İmamı və Türkiyə şiə alimləri birliyinin rəisi Səlahəddin Özgündüz ilə Türkiyənin "sülh və demokratiya" partiyasının rəhbəri Səlahəddin Dəmirdaş görüşərək bəzi məsələləri müzakirə etdilər.



Türkiyənin "sülh və demokratiya" partiyasının rəhbəri Səlahəddin Dəmirdaş bu görüşün təəssüratı barədə jurnalistlərə dedi: "Bizi səmimi qarşıladıqlarına görə onlara təşəkkür edirəm, biz bu görüşləri gələcək seçkilərdə səs toplamaq üçün deyil, bəlkə vətəndaşlarımızın müxtəlif təbəqələri arasında dostluq əlaqəsi yaratmaq məqsədi ilə keçiririk".



Dəmirdaş dedi: Təəssüflər olsun ki, Türkiyənin bu günə qədərki siyasəti dil, tayfa və məzhəb ayrı-seçkilikləri üzərində qurulmuşdur. Və bu vəziyyətin tez bir zamanda dəyişilməsi zəruridir.  



İstambulun Cümə İmamı və Türkiyə şiə alimləri birliyinin rəisi Səlahəddin Özgündüz də bu səmimi görüş üçün Dəmirtaşa təşəkkür edərək dedi: Biz Dəmirtaşa Türkiyə şiələrinin görüşünə gəldiyi üçün təşəkkür edirik. Əgər ölkəmizdə qanunlar ədalət və bərabərlik meyarları əsasında tənzimlənərsə, heç kəs məcbur olmayacaq ki, öz hüquqlarını başqa yollar ilə əldə etsin!



O əlavə etdi: Əgər biz müştərək din və vətənə sahibiksə, başqa şeylər barədə axtarış etmək lazım deyil!



Səlahəddin Özgündüz ölkəsində şiələrə qarşı ayrı-seçkiliyə işarə edərək dedi: Bu gün Türkiyədə heç kəs şiələr qədər öz qanuni hüquqlarından məhrum edilməmişdir! Şiə adı hər gün müxtəlif bəhanələr ilə dillərdə hallandırır və bununla şiələrin narahatçılığına səbəb olurlar!



2826916

captcha