IQNA

Səudiyyəli şiə İslam alimi İrana səfər etdiyi üçün həbs edildi

11:25 - August 23, 2015
Xəbər sayı: 3350283
Tehran(İQNA)- Səudiyyə Ərəbistanı polisi İranı ziyarət etdiyi səbəbilə ölkə vətəndaşı olan islam alimini həbs edib.

Beynəlxalq Quran Xəbər Agentliyi(İQNA) İslamazeri.az-a istinadla xəbər verir ki, "Bəhreyn əl-Yovm" saytının bildirdiyinə görə, "Amman" insan haqları mərkəzi dünən məsələ ilə bağlı yaydığı bəyanatda Səudiyyə rejimi təhlükəsizlik rəsmilərinin Səudiyyə vətəndaşı islam alimi Şeyx Məhəmməd Əbdül Hadi əl-Heydərini İrana getmək üçün hava limanına gələrkən heç bir əsas göstərilmədən həbs etdiklərini bildirib.

10 ildir İranda dini təhsil alan Şeyx Məhəmməd Heydəri davamlı olaraq yay tətillərini öz ölkəsində ailəsinin yanında keçirir. Bu din alimi 14 ay əvvəl də 17 yaşlı oğlu ilə birlikdə Səudiyyəyə qayıdarkən nəzarət altına alınmış, mobil telefonu və yanındakı ləptopu müsadirə edilmişdi. Alimin bu anadək övladları ilə görüşünə icazə verilmədiyini bildiriblər.

Teqlər: səudiyyə ، alimi ، həbs ، edildi
captcha