IQNA

Krımın ən böyük məscidi Türkiyənin himayəsi ilə tikiləcək

23:33 - September 30, 2015
Xəbər sayı: 3375978
Beynəlxalq şöbə: Krımın baş müftisi elan etdi ki, Türkiyə bu əyalətdə ən böyük məscidin tikilməsi üçün bütün maddi dəstəkləri öz öhdəsinə götürüb.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "world bulletin" xəbər və informasiya portalına istinadla verdiyi xəbərə görə, Krımın baş müftisi elan etdi ki, Türkiyə bu əyalətdə ən böyük məscidin tikilməsi üçün bütün maddi dəstəkləri öz öhdəsinə götürüb və Rusiya dövləti bu layihə ilə razılaşıb.
Baş müfti dedi: Krım Rusiya federasiyasına qoşulmazdan illər öncə Türkiyə bu layihənin icrası üçün qərarlı olduğunu elan etmişdi.
Ablayev dedi: Bu məscid 2500 kv.metrdə tikiləcək və həyətyanı sahəsi ilə birlikdə 5 min kv.metr sahəsi olacaqdır. Məsciddə 5 min nəfər insan namaz qıla biləcəkdir. Məscidin adı "Cümə Məscidi" olacaqdır.
Krımda tikiləcək bu məscidi İstambulun "Ərbək İnşaat" şirkətinin rəisi Ercan Bekyaş öhdəsinə götürmüşdür.
Bekyaş dedi: Məscidin tikintisi bu yaxınlarda başlayacaqdır. Məscidin 36 ay müddətində tikilməsi planlaşdırılır, amma biz tikintini 24 aya yekunlaşdırmağa çalışacayıq.
Məsciddə ibadət ocağından əlavə kitabxana, maşın parkı, bazarça və məscidin İmamı üçün ev də olacardır. Məscid Türkiyə memarlığı üsulu ilə tikiləcəkdir.
Krım muxtar respublikası 2014-cü ilin mart ayında Rusiya federasiyasına qoşulmuşdur.     
  3374592

Teqlər: məscid ، krım ، cümə ، came
captcha