İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "vətən" informasiya portalına istinadla verdiyi xəbərə görə, Şeyx Əbdül-Əziz Al-Şeyx - səudiyyənin saray müftisi, Ərəbistanın alimlər heyətinin rəisi və Ərəbistanın baş müftisi, Ərəbistanın "əl-məcd" TV kanalında yayımlanan bir televiziya proqramında şiələrin məhərrəmlik ayında əzadarlıq etməsini və sinə vurmasını Quran-Kərim və Sünnə təlimləri ilə zidd saymış və bidət adlandırmışdır.
Şeyx Əbdül-Əziz Al-Şeyx - səudiyyənin saray müftisi, İmam Hüseyn (ə) əzadarlığını bidət adlandıraraq deyib: Məhərrəm ayında və Aşura günü sinə vuranlar və əzadarlıq edənlər bidətçidirlər və onlar iddia edirlər ki, Peyğəmbərin (s) Əhl-Beytini sevənlərdirlər.
Ərəbistanın əş-Şərqiyyə əyalətinin Qətif şəhərində yaşayan şiə alimlər ərəbistan saray müftisinin sözlərini məhkum edərək onun çışını şiə məzhəbinin təhqir olunması sayıblar.
Bu xəbərə görə, Qətif şəhərinin şiə aktivistlərindən bir dəstəsi müftinin sözlərini şiə müsəlmanların təkfirçilər tərəfindən qətliamı üçün təhrik kimi dəyərləndirib və bunu şiələri daha çox terror etməyə təşviq adlandırıblar.
Qeyd edək ki, keçən Cümə günü Qətifin Seyhat "Hüseyniyyə"sində törədilmiş terror aktında 5 nəfər şiə şəhid olmuş və onlarla insan yaralanmışdı. Qətif əhalisi bu işdə ərəbistan vəhabi rejimini günahkar sayır.
3388877