IQNA

Kanadanın müsəlman qadınları Hicaba Dəstək Aksiyasına qoşulublar

14:01 - December 10, 2015
Xəbər sayı: 3461940
Beynəlxalq şöbə: Kanadanın Edmonton şəhərində yaşayan müsəlman qadınlar ölkə üzrə öz hicablı soydaşları ilə birlikdə “Mən hicablıyam” virtual aksiyasına qoşulublar.

IQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "Edmonton Sun" qəzetinin xəbər və informasiya portalına istinadla verdiyi xəbərə görə, Edmonton şəhərinin hicablı qadınları bu həftə “Beyt əl-Hadi” məscidinə toplanaraq, “mən hicablıyam – Je Suis Hijabi” virtual aksiyasını "hicabı yoxla" adlı layihə əsasında reallaşdırıblar.
Aksiyadan məqsəd bütün dünyada Hicab fəlsəfəsi haqda maarifləndirməni artırmaq olduğu bildirilib.
Bu layihədə könüllü iştirakçılardan biri Nert Mənsur bununla bağlı deyib: Mən Kanadanın qanunlarına və dəyərlərinə hörmətlə yanaşıram və Kanada vətəndaşlarının da qarşılıqlı olaraq İslama və Hicaba hörmət bəsləmələrini gözləyirəm.
O əlavə edib: Başqalarını qəbul etmək və mədəni müxtəliflik Kanada cəmiyyətinin fundamental dəyərlərindəndir. Bu baxımdan, bu aksiya Kanada vətəndaşlarının sülh dialoqunda iştirak etməklə İslam dinini daha yaxşı dərk etməsinə şərait yaradır.
Bu müsəlman qadının fikrincə, hicab İslam dininin göstərişlərinə tabe olmaq, Allaha olan sevgini bildirmək və onun qarşısında itaət və təvazökarlıq simvoludur.
Nert Mənsur bildirib: Hicab, bir parçadan daha geniş anlam daşıyır. Səhv olaraq bəzən deyilir ki, hicab qadınların zülmə və ayrıseçkiliyə məruz qalmasıdır, halbuki, hicab mənim üçün bir növ güclənmə vasitəsi hesab olunur.
O əlavə edib: Biz hicabı sərbəst şəkildə və Allah olan sevgimizdən seçmişik və bununla da, sosial problemlərin və xəstəliklərin profilaktikasına yardım etmək istəyirik.
3461686

Teqlər: hicab ، qərb ، avropa ، müsəlman
captcha