IQNA

Ağ Evin qarşısında Quranı yandırmaq istəyənlərin arzusu ürəyində qaldı

23:22 - December 13, 2015
Xəbər sayı: 3462783
Beynəlxalq şöbə: Ağ Evin qarşısında Quran-Kərimi yandırmaq istəyən bir qrup islamofibistin və onların çoxsaylı tərəfdarlarının arzusu ürəyində qaldı.


İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "WTop" xəbər və informasiya portalına istinadla verdiyi xəbərə görə, dünən (12 dekabr 2015-ci il), həfətnin şənbə günü, Ağ Evin qarşısında Quran-Kərimi yandırmaq istəyən bir qrup islamofibistin və onların çoxsaylı tərəfdarlarının arzusu ürəyində qaldı.



Amma başqa bir dəstə etirazçı Ağ Evin qarşısında toplaşaraq bu qrupun Quran-Kərimi yandıraraq yalan yaymaq və nifrət yaratmaq istəyinin qarşısını aldılar.



Əllərində iqrçilik, radikallıq və islmaofobistliyə qarşı plakardlar olan etirazçılar Quran-Kərimi yandırmaq istəyən bu dəstənin qarşsını aldılar və camedə insanları bir-birinə qarşı düşürəcək və nifrət yaradacaq hərəkətlərə qarşı olduqlarını bildirdilər.



İslamofobist qruplaşmanın üzvlərindən biri olan Ad Espayker dedi: Bizim dəstəmizin üzvləri ümidsizliyə qapılmış bir qrup amerikalılardır.



O əlavə etdi: Biz dövlətimizin radikal islamçılara qarşı bir iş görə bilməməsindən ümüdsizləşmiş bir dəstəyik və artıq hər şeydən bezmişik və yorulmuşuq.



Ad Espayker iddia etdi: Federal qanunlara əsasən biz bu işi görməyimiz qeyri-qanunidir və bizim bu işimiz simvolik bir iş idi və istəyirdik ki, insanların və dövlətin qiddətini radikal qruplaşmalara yönəldək.  





İslamofobist dəstə etirazçılarla üzləşdikdən sonra niyyətlərindən daşınsalar da məlum olmadı ki, onlar sonradan bu işi görmək üçün iddialıdırlar ya yox! Bu qrup bundan öncə Facebook səhifəsində Ağ Evin qarşısında Quran yandıracaqları barədə xəbər yaymışdılar.



  



    3462386

Teqlər: islamofobiya ، qərb ، amerika ، quran
captcha