IQNA

Tehranın Cümə İmamı:

Gülcü, yararlı və inqilaba vəfalı parlament seçilməlidir

16:32 - February 19, 2016
Xəbər sayı: 3480194
Tehran, 19.02.2016 - Tehranın cümə namazı xətibi dedi: İran xalqı agahlıqla İslam Respublikası quruluşuna səs vermişdir və İran xalqı müxtəlif imtahanlarda quruluşa sadiq olduğunu sübuta yetirmişdir.

Gülcü, yararlı və inqilaba vəfalı parlament seçilməlidir

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Tehranın bu həftəki cümə namazının xətibi dedi: Vilayətmədarlıq İran xalqının özəyindədir və xalq agahlıqla İslam Respublikası quruluşuna səs vermişdir və İran xalqı müxtəlif imtahanlarda quruluşa sadiq olduğunu sübuta yetirmişdir. 

Tehranın cümə namazının xətibi Höccətül-islam vəl-müslimin Kazım Siddiqi İslam Şurası Məclisinin 10-cu və Rəhbərlik Xobrəqan Məclisinin 5-ci çağırış seçkilərinin keçirilməsinə toxunaraq əlavə etdi: Seçkilərdə xalqın iştirakının əsası siyasi həyatın davamı və öz müqəddəratlarında müdaxilədir. 

İran xalqının Vilayət Fəqih və İslam İnqilabı amallarına vəfalı olduğunu bəyan edən Tehranın cümə namazının xətibi bildirdi: Gülcü, yararlı və inqilaba vəfalı parlament cəmiyyətin bütün kütlələrinə aiddir.

Höccətül-islam vəl-müslimin Siddiqi dedi: Müdirlərin dəyişilməsi ilə yeni istedadlar ortaya çıxır və yeni simalar cəmiyyətə əhval-ruhiyyə bəxş edərək xalqı İslam İnqilabına daha da ümidvar edəcəklər.

Tehranın cümə namazı xətibi İslam İnqilabı düşmənlərinin qarşıdakı seçkilərdə zəif iştirak məqsədilə xalqı soyutmağa çalışdıqlarına toxunaraq əlavə etdi: Düşmən seçkiləri əhəmiyyətsiz göstərmək üçün xalqı soyutmaqdan məyus olduqdan sonra seçkilərin əsas dayaqları, o cümlədən Konstitusiyaya Nəzarət Şurasını ləkələməyə üz tutub və Vilayət Fəqihə qarşı mənfi təbliğat aparır.

Höccətül-islam vəl-müslimin Siddiqi bildirdi: Düşmənlər İslam İnqilabının Böyük Rəhbəri və İran xalqı arasında boşluq yarada bilməyəcəklər və xalq müxtəlif imtahanlarda bu məsələni sübut etmişdir.

Tehranın cümə namazı xətibi həmçinin regionda, xüsusilə də Suriya və İraqda İŞİD terror qruplaşmasının cinayətlərinə toxunaraq dedi: Bu qruplaşma İngiltərə və ABŞ-ın yetişdirməsidir və İŞİD-i dəstəkləyirlər.

http://iqna.ir/fa/news/3476702



captcha