IQNA

Qırx nəfər ölü və yaralı;

Pakistanda məscidə intiharçı terrorist hücum etdi

22:55 - September 16, 2016
Xəbər sayı: 3480806
Tehran, 16. 09. 2016 – Reuterz xəbər agentliyinin verdiyi xəbərə görə, Pakistanda bir məscidə edilən intahrçı terror hücumu zamanı qırx nəfər ölən və yaralanan oldu.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "ŞƏFƏQNA" xəbər agentliyinin informasiya portalına istinadla verdiyi xəbərə görə, Reuterz xəbər agentliyinin Pakistanın yerli xəbər mənbələrindən birinə istinadən yaydığı xəbərdə deyilir ki, Pakistanda bir məscidə edilən intahrçı terror hücumu zamanı qırx nəfər ölən və yaralanan oldu.

Bu məlumata əsasən Pakistanın Əfqanıstan ilə sərhəd bölgələrindən birində qəbilərlər yaşayan bir regionda Cümə namazı zamanı məscidə intiharçı terrorist hücumu edilib. Bu hücum zamanı ən azından 16 nəfər ölüb və 20 nəfərdən çox insan yaralanıb.

Xəbərdə deyilir ki, Pakistanın Məhmənd bölgəsinin müdir müavini Nəvid Əkbərin dediyinə görə, intiharçı terrorist "Allahu Əkbər" çığıraraq məscidin izdihamlı yerində özünü partladıb.

Bu regionun başqa bir məsul məqamının elan etdiyinə əsasən isə bu hadisədə 24 nəfər insan yaralanıb.

http://iqna.ir/fa/news/3530537


Teqlər: iqna ، pakistan ، terror ، cümə
captcha