Tehran, 15.11.2016 -Yüzlərlə insan Bəhreyndə artıq 3 həftədən çoxdur heç bir ittiham irəli sürülmədən həbs olunan fəalın azadlığı tələbi ilə etiraz aksiyası keçiriblər.
Beynəlxalq Quran Xəbər
Agentliyi (İQNA) Maide.Az-a istinadla xəbər verir ki, Manamanın qərbində
yerləşən Diraz bölgəsində keçirilən etiraz aksiyasında etirazçılar Seyid Hüseyn
Seyid Ələvinin azadlığa buraxılmasını tələb ediblər. Bəhreyn rejimi Seyid
Ələvini oktyabr ayının 24-də öz ofisində həbs ediblər. İndiyədək ona qarşı heç
bir ittiham irəli sürülməyib.
Seyid Hüseyn Ələvinin ailəsi
onun sağlamlığı ilə bağlı narahatlığını bildirib və deyib ki, o, yüksək qan
təzyiqindən, dığ ağrısından əziyyət çəkir. Həbsdə saxlanıldığı müddətdə onun
vəziyyəti daha da pisləşib.
Bəhreyn rejimi Seyid Hüseyn
Seyid Ələvinin harada saxlanıldığı və nədə ittiham olunduğu haqqında məlumat
vermir.
Etirazçılar həmçinin
Bəhreyndə həbs olunan digər fəallarında azadlığını tələb ediblər.