IQNA

İraq ordusu Mosul Universitetini azad edib

11:14 - January 15, 2017
Xəbər sayı: 3481260
Ordu universitetə girdikdən sonra universitetin nəzdində olan bir neçə bina da azad edilib.


İraq ordusu Mosul Universitetini azad edib

Beynəlxalq Quran Xəbər Agentliyi (İQNA) İnterAz-ə istinadən xəbər verir ki, İraq ordusu İŞİD terrorçuları ilə aparılan silahlı qarşıdurma nəticəsində Mosul universitetinə girməyə nail olub.

Ordu universitetə girdikdən sonra universitetin nəzdində olan bir neçə bina da azad edilib.

İŞİD terror təşkilatı iraqlı qüvvələrin Mosulun sağ hissəsində olan sahillərə doğru irəliləməsinin qarşısını almaq məqsədi ilə bütün körpüləri dağıdıb. İraq ordusu Dəclə çayı üzərində olan ikinci körpünü isə azad edə bilib.

captcha