IQNA

Ayətullah İsa Qasimin məhkəməsi yenidən təxirə düşdü

9:13 - February 28, 2017
Xəbər sayı: 3481403
Ali Xəlifə rejimi məhkəməsi Bəhreyn İslami Hərəkatının rəhbəri Şeyx İsa Qasimin qanunsuz mühakiməsinin davamında məhkəməni martın 14-ə kimi təxirə salıb.

Ayətullah İsa Qasimin məhkəməsi yenidən təxirə düşdü

Beynəlxalq Quran Xəbər Agentliyi (İQNA) Maide.Az-a istinadla xəbər verir ki, Ali Xəlif rejim məhkəməsi elan etmişdi ki, bu gün Şeyx İsa Qasimin sonuncu məhkəməsi keçiriləcək.

Qeyd edək ki, fevralın 25-də Bəhreyn ruhaniləri bəyanat yayaraq, xalqı ölümə qədər Ayətullah İsa Qasimi müdafiə etməyə çağırmışdı.

Ayətullah İsa Qasimə qarşı hər hansı axmaqlığın baş verməsi barədə xəbərdarlıq edən ruhanilər bildirib: "Ölkədə dinə olan təcavüzün sonlandırılmasını, xalqın tələblərinə cavab verməyə və məntiqlə iş görməyə dəvət edirik. Xalqımız sübut edib ki, milli və məzhəbi liderlərinin müdafiələri uğrunda canlarından keçməyə də hazırdı. Ayətullah İsa Qasimin məhkəməsi gecəsi (sabah) kütləvi halda "Cəfər Təyyar" namazının qılınmasını xahiş edirik”.

Xatırladaq ki, Ali Xəlif rejimi məhkəməsi Şeyx İsa Qasimi, çirkli pulların yuyulması kimi əsassız və qərəzli ittihamlarla da ittihamlandırır.

Bu rejim müxaliflər və siyasi fəalların vətəndaşlıqdan məhrum edilməsi məsələsində dünyada birinci yerdədir.

captcha