IQNA

Səudiyyə Sumaliyə verdiyi maddi yardımını kəsdi

7:55 - July 08, 2018
Xəbər sayı: 3483433
Səudiyyə Ərəbistanı Sumaliyə göstərdiyi maddi dəstək və yardımlarını kəsdi. Səbəb və bəhanə kimi isə Sumalinin Qətəri müdafiə etdiyini göstərib.

Səudiyyə Sumaliyə verdiyi maddi yardımını kəsdiİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Səudiyyə Ərəbistanı Sumaliyə göstərdiyi maddi dəstək və yardımlarını kəsdi. Səbəb və bəhanə kimi isə Sumalinin Qətəri müdafiə etdiyini göstərib.

Səudiyyə Ərəbistanın və digər dörd Fars körfəzi ölkəsinin çəkişməsində bitərəf qalan Sumali dövləti Səudiyyə Ərəbistanın qəzəbinə düçar olub. Səudiyyə Ərəbistanı Sumalinin bu hərətkətini Qətəri müdafiə kimi qiymətləndirib. Buna görə də müxtəlif iqtisadi böhranlar bataqlığında batıb qalmış Sumaliyə göstərdiyi maddi dəstəyi dayandırıb. Bu isə batmaqda olan Sumalinin vəziyyətini daha da pisləşdirib. Belə ki, bu ölkə Ərəbistanın yardımı olmadan hətta öz təhlükəsizlik əməkdaşlarının da maaşını verə bilmir.

Fars Körfəzi ölkələri ilə Suədiyyə çarpışmasında bitərəf qalan Sumali deyib ki, bu böhran sülh və dialoq yolu ilə həll edilməlidir.

Sumalinin bu mövqeyi BƏƏ və Ərəbistanı narahat edib. Buna görə də bu ölkəyə olan maddi yardımları kəsərək siyasi mövqeyni dəyişdirtdirmək istəyirlər.  

Avropa parlamenti isə Ərəbistan və BƏƏ-dən istəyib ki, Sumalinin daxili işlərinə qarşımasınlar və bu ölkədə sabitliyin qorunması üçün çalışsınlar.

http://iqna.ir/fa/news/3728379

Teqlər: iqna ، sumali ، bƏƏ ، ərəbistan ، fars körfəzi
captcha