IQNA

"Demokratik Şura" müharibəni dayandırmaq üçün Dəməşq ilə razılaşıb

7:20 - July 29, 2018
Xəbər sayı: 3483558
ABŞ, qərb ölkələri və sionistlərin Suriyada yaratdığı "Suriya Demokratik Şurası" yeddi il müharibədən sonra Dəməşq ilə döyüşün dayandırılması barədə müzakirələrə hazır olduğunu elan etdi.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, ABŞ, qərb ölkələri və sionistlərin Suriyada yaratdığı "Suriya Demokratik Şurası" yeddi il müharibədən sonra Dəməşq ilə döyüşün dayandırılması barədə müzakirələrə hazır olduğunu elan etdi.

ABŞ, qərb ölkələri və sionistlərin yaratdığı və terrorçulardan ibarət olan "Suriya Demokratik Şurası" yeddi il suriyalıların vətəni xaraba qoyduqdan, uşaqlarını qətliam etdikdən və xalqı didərgin saldıqdan sonra, dünən, həftənin şənbə günü, 28 İyul 2018-ci il, elan edib ki, mərkəzi Dəməşq dövləti ilə müharibəni dayandırmaq üçün müzakirələrə qoşulmağa hazırdır.

Suriyanın "Demokratik Şurası" ilə Suriya hakimiyyəti arasında "müharibəni dayandırmaq üçün müştərək komitə"nın yaradılması barədə razılıq əldə edilib.

Suriya Demokratik Şurası bu barədə verdiyi açıqlamada bildirib ki, müzakirələrdə Suriyanı demokratik bir ölkə olağa aparan yol layihəsi barədə xəritə cızılacaqdır.

Qeyd edək ki, ilk dəfə olaraq Suriya Demokratik Şurasının nümayəndə heyəti müzakirələrə qoşulmaq üçün Dəməşqə gəliblər.

توافق شورای دمکراتیک و دولت سوریه برای انجام مذاکرات «پایان جنگ»

Suriyadan gələn digər xəbər isə budur ki, dünən, həftənin şənbə günü, 28 İyul 2018-ci il, Livanın Büqa əl-Ğərbiyyə, Raşiyal-Vadi və Şəba rayonlarında məskunlaşan Suriyalı qaçqınlardan 950 nəfərinin ölkəyə qayıtması üçün şərait yaradılıb. Onların 33 avtobusla ölkəyə qayıtması üçün lazım olan bütün təhlükəsizlik tədbirləri Livanın Qırmızı Aypara cəmiyyəti və təhlükəsizlik qüvvələri tərəfindən həyata keçirilib.     

http://iqna.ir/fa/news/3733875  

captcha