IQNA

Dünya Müsəlman Alimləri Birliyindən Liviya açıqlaması

16:19 - July 20, 2020
Xəbər sayı: 3487677
Tehran (IQNA) - Dünya Müsəlman Alimləri Birliyi Liviyadakı yeganə həll yolunun qanuni hökumətin dəstəklənməsinin olduğunu bildirib.

Dünya Müsəlman Alimləri Birliyi Liviyadakı yeganə həll yolunun qanuni hökumətin dəstəklənməsinin olduğunu bildirib.

IQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) "şəfəqna" saytına istinadən xəbər verir ki, birliyin “Twitter” hesabından bəyanat verən baş katib Əli Əl-Karadaği “Beynəlxalq səviyyədə tanınan qanuni hökumətin Liviya torpaqlarına nəzarət edən mülki bir hökumət olması üçün dəstəklənməsi yeganə həll yoludur” ifadəsini işlədib.
Liviya böhranında bəzi Avropa ölkələrini zidd mövqe tutmaqda günahlandıran Karadaği “Bu ölkələr Rusiyanın Liviyada olmasının əleyhinə olduqlarını iddia edirlər, lakin hərbi olaraq və muzdlu əsgərlər vasitəsilə Rusiya tərəfindən dəstəklənən və Rusiyanın bir layihəsi olan Hafterin yanında yer alırlar”, – deyə bildirib.

captcha