IQNA

Beynəlxalq Akademik Şiəşünaslıq kursu keçiriləcək

23:48 - June 29, 2021
Xəbər sayı: 3490176
İranın Məşhəd şəhərinin "Firdövsi" və Tehran şəhərinin  "Əhlul-Beyt (ə)" universitetlərinin həmkarlığı ilə Beynəlxalq Akademik Şiəşünaslıq kursu keçiriləcək.

IQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə,  İranın Məşhəd şəhərinin "Firdövsi" və Tehran şəhərinin  "Əhlul-Beyt (ə)" universitetlərinin həmkarlığı ilə Beynəlxalq Akademik Şiəşünaslıq kursu keçiriləcək.

Beynəlxalq ustad və mütəfəkkirlərin iştirakı edəcəyi akademik Şiəşünaslıq kursu İranın Beynəlxalq Hikmət Müəssisəsinin təşəbbüsü ilə təşkil edilib.

Beynəlxalq Akademik Şiəşünaslıq kursu İyul ayının 12-dən 31-dək, üç həftə müddətində, 18 dərs saatında, onlayn formatda İngilis dilində keçiriləcək.

Bu kursda iştirakçılara Əhli-Beyt (ə) məktəbinin müxtəlif cəhətlərini tanıtdırmaq hədəfi ilə şiəlik tarixi, imamət, şiəliyin əsasları, ayinləri, şiəliyin qolları, şəriət hökmləri, mənəvi və irfani təlimləri, siyasi İslam və sair məsələlər öyrədiləcək.

Kusru müvəffəqiyyətlə başa vuranlara bu barədə şəhatənamə və sertifkat veriləcək.    

Kursda iştirak etmək isyətənlər qarşıdakı linkə müraciət edə bilərlər:

https://hikmat-ins.ir/international-intensive-academic-course-on-shii-studies/

دوره آکادمیک شیعه‌شناسی با حضور اساتید بین‌المللی برگزار می‌شود

iqna

captcha