IQNA

Səudiyyə rejiminin koalisiyasının hücumlarında ən azı 18 min yəmənli ölüb və yaralanıb

9:56 - September 10, 2021
Xəbər sayı: 3490700
BMT komitəsinin hesabatında bildirilir ki, Səudiyyə koalisiyasının Yəmənə hücumundan etibarən bu kasıb ərəb ölkəsində ən azı 18 min dinc sakin hava hücumları nəticəsində ölüb və ya yaralanıb.

BMT komitəsinin hesabatında bildirilir ki, 2015-ci ildə Səudiyyə rejiminin koalisiyasının Yəmənə hücumundan etibarən bu kasıb ərəb ölkəsində ən azı 18 min dinc sakin hava hücumları nəticəsində ölüb və ya yaralanıb.

BMT tərəfindən təyin edilən mütəxəssislərin İnsan Haqları Şurasına təqdim etdiyi bir hesabatda, 2015-ci ilin mart ayından etibarən Yəmənə qarşı gündəlik təxminən təxminən 10 və ya ümumilikdə 23 mindən çox hava hücumu təşkil edildiyi qeyd edilib.

Hesabatda Yəməndə bütün hava hücumlarının Səudiyyə rejiminin başçılıq etdiyi koalisiya tərəfindən həyata keçirildiyi vurğulanır.

Səudiyyə rejiminin koalisiyası 2015-ci ilin mart ayından etibarən istefa verərək qaçmış eks-prezident Mənsur Hadi rejimini bərpa etmək və Yəməni quru, hava və dəniz blokadasına salmaq bəhanəsi ilə Yəmənə qarşı hücum etmiş, lakin bu hücumlar və sanksiyalar Yəmən xalqı üçün aclıq, xəstəlik və ölümdən başqa heç nə gətirmədi. / Russia Today

 

Teqlər: bmt ، yəmən ، hava hücumları
captcha