IQNA

Əl-Əzhər mübəlliğləri, Misirdə boşanmaların azaldılması üçün çalışırlar

13:57 - November 14, 2021
Xəbər sayı: 3491194
Ailə təməlini gücləndirmək məqsədi ilə Əl-Əzhər Elektron Fətva Mərkəzi tərəfindən təbliğat və mədəni proqramlar təşkil edilir.

verdiyi xəbərə əsasən, Əl-Əzhər mübəlliğləri, tərəfindən vaxtaşırı Misirin əyalətlərindən birində bir həftə və ya daha çox müddətə başqa bir Əl-Əzhər təbliğat və mədəni proqramı həyata keçirilir. Onlar, Misirin əyalətində sual-cavab sessiyaları keçirməklə işini başa vurub.

Bu təbliğat və mədəni proqramlar, Əl-Əzhərin Şeyxinin birbaşa nəzarəti altında və Əl-Əzhər Elektron Fətva Mərkəzi tərəfindən planlaşdırılır. Bu proqpamlar, hərdən bir Misir əyalətlərinin birində keçirilir. Onun keçirilməsində məqsəd, xalqın dini-mədəni maarifləndirmə səviyyəsini yüksəltməklə ailənin bünövrəsini möhkəmləndirmək və gənclərin ekstremizm tələsinə düşməsinin qarşısını almaqdır.

Kişi və qadın tələbələrin iştirak etdiyi kursun yekun iclasında Əl-Əzhər mübəlliğləri, ailə münaqişələrinin, xüsusilə də evlilik mübahisələrinin sülh yolu ilə həllini vurğulayıblar. Həmçinin əlavə ediblər ki, əgər cütlüyün boşanma və ayrılıqdan başqa yolu yoxdursa, bu ayrılığın sülh yolu ilə keçməsi daha yaxşıdır. Tərəflərin hüquqlarına hörmət edilməlidir ki, məsələ iki şəxs və onların ailələri arasında düşmənçiliyə, kin-küdurətə çevrilməsin.

Qeyd edək ki, Misirdə boşanmaların sayı çox yüksəkdir və ötən il verilən bəzi statistik məlumatlara görə, Misirdə 2600 minə yaxın boşanma olub.

5350494

captcha