IQNA

Allahla ünsiyyət məni İslama cəlb etdi

8:57 - November 15, 2021
Xəbər sayı: 3491199
Tereza Korbin, ABŞ-da feminist və qadın hüquqları müdafiəçisidir ki, xristianlıqdan İslamı qəbul etmişdir. Onun sözlərinə görə, İslamın özünəməxsus cazibələri var.

Allahla ünsiyyət məni İslama cəlb etdiİQNA-nın verdiyi xəbərə əsasən, Tereza Korbin deyir: "İslamı qəbul etdikdən sonra öyrəndim ki, İslam nə mədəniyyətdir, nə firqədir, nə də dünyanın bir hissəsi ilə təmsil oluna bilər. Başa düşdüm ki, İslam dözümlülüyü, ədaləti və şərəfi öyrədən universal bir dindir. Həmçinin səbri, həyanı və mötədilliyi təbliğ edir."

Tereza, onu İslama cəlb edən əsas məqamdan danışıraq deyib: "Gündə beş dəfə Allahla ünsiyyət məni İslama cəlb etdi. Hər dəfə (beş vaxt namazda) Yaradanla yenidən əlaqə saxlamaq, həmçinin iffət və həya məni İslama cəlb etdi."

4013183

captcha