IQNA

Müsəlman azlığının müdafiəsi ilə bağlı BMT qətnaməsinin qəbulu

16:25 - November 18, 2021
Xəbər sayı: 3491221
Birləşmiş Millətlər Təşkilatı, ilk dəfə olaraq Rohinca müsəlman azlığına və digər azlıqlara dəstək verən qətnaməni yekdilliklə qəbul edib.

"İQNA", "Dhaka Tribune"-a istinadən xəbər verir ki, Myanmada Rohinca Müsəlmanlarının və Digər Azlıqların Vəziyyəti adlı qətnamədə ədalət və insan haqları kimi məsələlərə diqqət yetirilir.

Banqladeşin BMT-dəki səfiri Rübab Fatimə qətnamə ilə bağlı deyib: "BMT-nin ilk dəfə konsensusla qəbul etdiyi qətnamənin qəbulu beynəlxalq ictimaiyyətin Rohinca böhranına son qoymaq üçün güclü iradəsini nümayiş etdirir."

Banqladeş Xarici İşlər Nazirliyinin mətbuat bəyanatında deyilir: "Qətnamə İslam Əməkdaşlıq Təşkilatı (İƏT) və Avropa İttifaqı (Aİ) üzv dövlətləri ilə birlikdə BMT-yə təqdim edilib."

Qətnamədə üzv dövlətlər Banqladeşi Rohincalara ev sahibliyi etdiyinə, onlara humanitar yardım göstərdiyinə və onları Covid-19 Milli Peyvənd Proqramına daxil etdiyinə görə təşəkkür ediblər.

4014267

captcha