IQNA

Liviyada Quran hifzi yarışması sona çatıb

11:30 - February 02, 2022
Xəbər sayı: 3491671
Yanvarın 31-i bazar ertəsi axşam Liviyanın paytaxtı Tripolidə yerli Liviyalı Quran hifzi müsabiqəsinin bağlanış mərasimi və bu müsabiqənin nəticələrinin açıqlanması mərasimi keçirilib.

"İQNA", "Eyni Liviya"-ya istinadən xəbər verir ki, bu müsabiqələrin bağlanış mərasimində Liviya Milli Birlik Hökumətinin rəhbəri Əbdül-Həmid Əl-Dubəybəi, bir sıra nazirlər, nümayəndələr, Liviya boyu bir sıra alim və Quran hafizləri iştirak ediblər. Həmçinin Quran yarışlarının nəticələri açıqlanıb.

Müsabiqənin təşkilində Liviya Vəqflər və İslam İşləri Baş İdarəsinin roluna toxunan Əl-Dubəybə, gələcək nəsli formalaşdıracaq bu cür Quran fəaliyyətlərinin dəstəklənməsinin vacibliyini vurğulayıb.

Qeyd edək ki, Liviyada Qurani-Kərim Hifzi Yarışması kişilər arasında 29-cu, qadınlar arasında isə 14-cü dəfə keçirilib.

4032962

Teqlər: liviya ، quran ، hifz ، yarış ، mərasim
captcha