IQNA

Macquarie Universitetində nadir Quran səhifələri nümayişi olunub

10:34 - March 15, 2022
Xəbər sayı: 3491921
Avstraliyanın Macquarie Universiteti 14-15-ci əsrlərə aid nadir səhifələri, eləcə də qədim Misirdə dini memarlıq formalarını nümayiş etdirən yeni muzeyi i ictimaiyyət üçün açıb.

"İQNA", "Əddüstur"-a istinadən xəbər verir ki, Avstraliyanın Macquarie Universiteti "Macquarie Universiteti Muzeyinin" direktoru Martin Pumas tərəfindən idarə olunan "Macquarie Universitetinin Tarix Muzeyi" adlı yeni bir muzey açıb. Muzeydə dünyanı dəyişdirən 206 illik tarix nümayiş etdirilir.

Macquarie Universitetinin saytına görə, muzeydə qədim Misir sivilizasiyalarına və tarixinə aid çoxlu artefaktlar da daxil olmaqla, minlərlə il əvvələ aid bir sıra kolleksiyalar və xəzinələr var. Ümumilikdə muzeyin daxilində nümayiş etdirilən xəzinələrin sayı müxtəlif dövrlərə aid şəxsi kolleksiyaçılardan götürülmüş 18 minə yaxın eksponatdır.

Muzeyin daxilində idarə olunan eksponatlar arasında səlib yürüşlərinin tarixini və müstəmləkəsizləşdirmə dövrünü əks etdirən "Şərqin-Qərbə Qoşulması" sərgisi də var.

Həmçinin bu sərgidə ilk dəfə olaraq Qurani-Kərimin qızılla bəzədilmiş və 14-15-ci əsrlərə aid nadir səhifələri nümayiş etdirilir. Sərgidə Misirdə şahların dövrünə aid sənət nümunələri də nümayiş etdirilir.

4042847

captcha