IQNA

BMT martın 15-ni Ümumdünya İslamofobiya ilə Mübarizə Günü adlandırıb

12:51 - March 16, 2022
Xəbər sayı: 3491928
Birləşmiş Millətlər Təşkilatı martın 15-ni Ümumdünya İslamofobiya ilə Mübarizə Günü kimi qeyd edən qətnamə qəbul edib.

"İQNA", "Down News" saytına istinadən xəbər verir ki, BMT Baş Assambleyası çərşənbə axşamı yekdilliklə "İslamofobiya ilə Beynəlxalq Mübarizə Günü" adlı qətnamə qəbul edib.

Qətnaməyə əsasən, bu gün, martın 15-i Beynəlxalq İslamofobiya ilə Mübarizə Günü adlandırıb.

Qətnaməni İslam ölkələri təqdim edib və bu qətnamə üzrə danışıqlara İran və daha beş ölkə rəhbərlik edib.

İslam ölkələri, o cümlədən İran, Pakistan, Türkiyə, Səudiyyə Ərəbistanı, İordaniya və İndoneziya danışıqlara rəhbərlik edib və islamofobiya ilə mübarizədə qətiyyətli olduqlarını təsdiqləyiblər.

Bu qətnamə müsəlmanlara qarşı hər hansı nifrət ifadəsini və zorakılığı pisləyir. O, sülhü və dözümlü olmağı artırmaq üçün beynəlxalq səyləri gücləndirməyə çağırır.

Qətnamə BMT-ni və digər beynəlxalq təşkilatları islamofobiya ilə mübarizədə bu günü təbliğ etməyə və səmərəli şəkildə qeyd etməyə çağırır.

4043306

captcha