IQNA

Liviyada 31 oktyabr Quran əhlinə sədaqət günü elan edilib

17:18 - October 22, 2022
Xəbər sayı: 3493125
Tripoli şəhərində müxtəlif ölkələrdən olan incəsənət xadimlərinin və mütəxəssislərinin iştirakı ilə Quran xəttatlığı və ona nəzarət mövzusunda beynəlxalq ixtisaslaşdırılmış konfrans keçirilib. Oktyabrın 31-i Quran əhlinə sədaqət günü elan edilib.

"İQNA", "Liviya Abzərur"-a istinadən xəbər verir ki, Liviya Milli Birlik Hökumətinin Baş naziri Əbdülhəmid əl-Dəbibə hər il oktyabrın 31-nin Quran əhlinə sədaqət günü kimi təyin edildiyini açıqlayıb və deyib: "Bu tarix Qurani-Kərimin Liviya Məclisinin təsdiq olunduğu gün idi".

Əl-Dəbibə Quran xəttatlığı və ona nəzarət üzrə beynəlxalq ixtisaslaşdırılmış konfransda çıxışı zamanı Liviya Qurani-Kərim muzeyinin yaradılmasını elan edib və deyib: "Bu muzeydə Qurani-Kərimin min il və daha çox əvvələ aid əlyazmaları saxlanılır".

Liviyanın baş naziri onu da vurğulayıb ki, bu ölkənin Qurani-Kərim Məclisinə tabe olan Qurani-Kərim Akademiyasında Allahın kitabının tədrisi elmi tədris proqramları əsasında və güclü təşkilati struktur əsasında aparılır.

Oktyabrın 17-dən 19-dək Tripoli şəhərində müxtəlif ölkələrdən olan mütəxəssislərin iştirakı ilə Quran xəttatlığı və ona nəzarət üzrə beynəlxalq ixtisaslaşmış konfrans keçirilib.

İxtisaslaşmış dialoq yönümlü görüşlərin, maarifləndirici seminarların və sərgilərin təşkili bu konfransın proqramlarına daxil edilmişdir. Bu konfrans çərçivəsində ən yaxşı beynəlxalq Quran hifzi yarışlarının bəzi qalibləri mükafatlandırılıb.

4093494

captcha