"İQNA", "In Daily"-yə istinadən xəbər verir ki, Cənubi Avstraliya İslam İcmasının prezidenti Əhməd Zreyka bildirib: "İslam cəmiyyətindəki ailələr, bütün dinlər kimi, öz dəfn ənənələrinə ən yaxşı şəkildə riayət etmək istəyirlər. O cümlədən yaxınlarını eyni gündə və ya öldükdən sonrakı gün dəfn etmək istəyirlər".
O əlavə etdi: "Smithfield Memorial Parkında 1000 dəfn yeri ayrılıb. Yaxınlıqda ibadət zalının və cənazənin yuyulması üçün xüsusi qurğuların tikintisi üçün ilkin planların hazırlanıb. Bu o deməkdir ki, ailələr mərhumun dəfn olunması üçün lazım olan imkanlara sahib olacaq".
Əhməd Zerika aydınlaşdırıb ki, İslam icması üçün yeni dəfn yerləri Adelaida qəbiristanlıqları ilə müqavilədə nəzərdə tutulub.
4095216