IQNA

Nəcəfdə afrikalı tələbələr üçün Quran kursu keçirilib

11:18 - November 03, 2022
Xəbər sayı: 3493193
Həzrət Abbasın (ə) hərəminin əqli və mədəni işlər şöbəsi Nəcəfdə afrikalı dini elmlər tələbələri üçün təkmilləşdirici Quran kursunun keçirildiyini açıqlayıb.

"İQNA", "Əl-Kəfil"-ə istinadən xəbər verir ki, bu kurs Həzrət Abbasın (ə) hərəminin İntellektual və Mədəniyyət İşləri Departamentinə bağlı Afrika Araşdırmaları Mərkəzinin nəzarəti altında keçirilib.

Bu mərkəzin direktoru Seyyid Səttar Əş-Şəmri deyib: "İraq universitetlərinin bir qrup ustadı bu kursun mövzularını təqdim edir. Bu proqram ötən illərdə afrikalı tələbələr üçün keçirilən Quran kurslarının davamı olaraq həyata keçirilib".

O əlavə etdi ki, bu kursun keçirilməsində məqsəd Nəcəfdə Afrika azlıqlarından olan elmi hövzə tələbələri üçün müxtəlif sahələr və bölmələr üzrə Quran təlimlərini izah etməkdir.

Əş-Şəmri həmçinin deyib ki, bu Quran kursu Afrika azlıqlarının epistemik-Quran biliklərini gücləndirməyə kömək edəcək. Habelə hövzə dərsləri sahəsində də onlar üçün həqiqi və böyük dəstək olacaq.

4096335

captcha