IQNA

Liviyada keçirilən ilk beynəlxalq Quran qiraətləri konfransı başa çatıb

14:00 - January 06, 2023
Xəbər sayı: 3493524
Yanvarın 5-də Liviyanın paytaxtı Tripolidə ilk beynəlxalq Quran tilavəti konfransı başa çatıb.

"İQNA", "afrigatenews.net"-ə istinadən xəbər verir ki,  bu konfransın bağlanış mərasimində Liviya Milli Birlik Hökumətinin Baş naziri Əbdülhəmid Əl-Dəbibə iştirak etmişdir. Bu proqramda 2022 Quran əzbərlənməsi icazə imtahanının nəticələri açıqlanıb.

Bu konfransda Liviyanın içindən və xaricdən şeyxlər və alimlər də iştirak edirdilər. Liviyanın baş naziri bu ölkənin Vəqf və İslam İşləri Baş İdarəsinin rəhbəri Məhəmməd Əl-Abani ilə birlikdə 2022-ci il Quran əzbərlənməsi üzrə imtahanının qaliblərini mükafatlandırıb.

Quran qiraətləri deyildikdə Quranın yeddi və ya on qiraəti nəzərdə tutulur. Bəzi alimlər Quranın qiraətini on və bəziləri yeddi hesab edir və yalnız yeddi qiraətin mütəvatir olduğuna inanırlar.

Yeddi qiraətə üç qiraət əlavə edilərək on qiraətə olub. Bunlara “İmam Yezid əl-Mədəni”, “Yəqub əl-Həzrəmi” və “Xələf əl-Bağdadi” daxildir.

4112548

captcha