IQNA

Nyu Cersi müsəlmanları Fitr bayramında məktəblərin tətil edilməsini istəyiblər

23:45 - January 22, 2023
Xəbər sayı: 3493596
Bir qrup yerli müsəlman sakin Nyu-Cersi ştatının Şərqi Brunsvik Təhsil Şurasından Fitr bayramını dövlət bayramı elan etməyi və məktəbləri tətil etməyi istəyib.

"İQNA", "Tap Into"-ya istinadən xəbər verir ki, Şərqi Brunsvik Təhsil Şurası ilə görüşdə bu müsəlman qrupu müsəlman tələbələrə bu əzəmətli bayramı qeyd etmə şansı vermək üçün idarədən Fitr bayramı münasibətilə məktəblərin ən azı bir gün tətil edilməsini istəyib.

Şərqi Brunsvik Liseyində bir müsəlman tələbə deyib: "Mən bu şəhərdə orta məktəb illərində müsəlman icmasının böyüməsinin şahidi olmaq şərəfinə nail oldum və onların hər birinin əsas qayğısı Fitr bayramıdır.

Fitr bayramı ABŞ-da rəsmi bayram deyil. Bununla belə, bəzi bölgələrdə dövlət məktəbləri Fitr bayramında tətil edilir və ya da müsəlman tələbələrin məktəbə getməmələrinə icazə verlir.

İclasın sonunda direktorlar şurası məktəb təqvimi ilə bağlı gündəliyi təqdim etmək qərarına gəlib. İdarə Heyətinin üzvləri şərhlərinə görə müsəlman icmasına təşəkkür edib və məsələyə daha ətraflı baxacaqlarına söz veriblər.

4116405

captcha