"İQNA", "Əl-Ərəbiyyul-Cədid"-ə istinadən xəbər verir ki, Əlcəzairin paytaxtı Qərbi Əlcəzairdəki Əl-Qəliə həbsxanasında məhbuslar üçün 13-cü milli Quran hifzi və tərtil qiraəti müsabiqəsi keçirilib. Bu yarışmada üç qrupda 10 mindən çox məhbus iştirak edib.
Quran hifzi və tərtil qiraəti bu yarışmanın fənləri arasında olub. Məscid imamlarından, hifz və qiraət üzrə mütəxəssis olan dini təbliğçilərdən ibarət münsiflər heyəti yarışlara nəzarət edib.
Bu yarışların sonunda Quranın hamısını əzbərləyən 150 hafizi, şeir və kitabı xülasə etmək üzrə qaliblər mükafatlandırılıb.
Həmçinin Fitr bayramı münasibətilə bir qrup yerli təşkilat və birliklər tərəfindən məhbuslar arasında bayram paltarları paylanılıb.
Qeyd edək ki, bəzi səlahiyyətli qurumların Quran əzbərləyən məhbusların əfv olunması və cəzalarının yüngülləşdirilməsi ilə bağlı müraciətinə əsasən, Əlcəzairdə bu qrup məhbuslar amnistiya və ya cəzanın azaldılması ilə və elektron nəzarət altında azadlığa buraxılır.
4136060