IQNA

Qahirədə İmam Hüseyn (ə) məscidində böyük qarilərin ən böyük toplantısı

9:58 - May 07, 2023
Xəbər sayı: 3494131
Qurani-Kərimi bir gündə xətm etmə məclisi 30 qari və məscid imamlarının iştirakı ilə keçirilir.

"İQNA", "Əl-Misravi"-yə istinadən xəbər verir ki, Misirin Vəqflər Nazirliyi İmam Hüseyn (ə) məscidində 30 tanınmış qari və məscidlərin imamlarının iştirakı ilə Qurani-Kərimi bir gün ərzində xətm etmə mərasiminin keçiriləcəyini bildirib.

Misirin Vəqflər Naziri Məhəmməd Muxtar Cümə bu xəbəri cümə günü Misir Vəqflər Nazirliyinin Ramazan ayındakı fəaliyyətlərinə görə qari və surud oxuyanların şərəfinə təşkil edilən mərasimdə bildirib.

Məhəmməd Muxtar Cümə vurğulayıb ki, 2023-cü il mayın 20-də Qurani-Kərimin xətm mərasimi tanınmış qarilərin iştirakı ilə keçiriləcək.

O, eyni zamanda, bu mərasimdə iştirak edəcək qiraətçilərin adlarını qeyd etməyib.

Əvvəllər Misirdə bir sıra böyük qarilərin iştirakı ilə keçirilən bu Quran məclisləri bu ölkənin Vəqflər Nazirliyinin tanınmış qarilərin məscidlərdə olması, Quran tilavətlərinin genişləndirilməsi və məscidin təbliğ rolunun canlanması planına uyğun olaraq təşkil edilir. Bumərasimdə Misir Quran Radiosunun etibar etdiyi bir sıra qarilər də iştirak edir.

4138806

captcha