IQNA

Zara reaksiyalara səbəb olan reklam kampaniyasını geri götürüb

8:05 - December 16, 2023
Xəbər sayı: 3495134
İQNA – Zara sosial mediada Qəzzada ölüm və dağıntı səhnələri ilə oxşarlıqlar olduğunu söyləyən insanların qəzəbinə səbəb olan reklam kampaniyasını geri götürüb.

"İQNA", "Reuters"-ə istinadən xəbər verir ki, bu ayın əvvəlində Zara-nın rəsmi sosial media kanallarında yayımlanan gödəkçə çeşidi üçün reklam şəkillərində dağıntılar, cırılmış gips və plastikə bükülmüş manekenlər əks olunub. Şəkillərdən birində sosial media istifadəçilərinin meyitə bənzədiyini bildirən ağ paltarlı maneken tutan model əks olunub.

İspaniyanın moda nəhəngi Zara açıqlamasında bildirib ki, Kampaniya... heykəltəraşın emalatxanasındakı yarımçıq heykəllərin bir sıra şəkillərini təqdim edir və yalnız bədii kontekstdə əl istehsalı geyimləri nümayiş etdirmək məqsədi ilə yaradılıb".

“Təəssüf ki, bəzi müştərilər indi silinmiş bu şəkillərdən incidi və  onlar bu görüntülərdə yaradılan zaman nəzərdə tutulduğundan çox uzaq bir şey gördülər”, - deyə şirkət əlavə edib. "Zara bu anlaşılmazlığa görə təəssüflənir və biz hamıya dərin hörmətimizi bir daha təsdiqləyirik."

Bildirilib ki, kampaniya iyulda hazırlanıb və İsrailin Qəzzaya müharibə elan etməsindən bir ay əvvəl sentyabrda çəkilib.

Bəzi sosial şəbəkə istifadəçiləri Zara-nı boykot etməyə çağırsa da, digərləri bunu sionist aksiya kimi qiymətləndirib.

Fələstin tərəfdarları Zara-nın İnstaqram hesabında reklamla bağlı on minlərlə tənqidi şərh yazıblar. X sosial şəbəkəsində “#BoycottZara” həştəqi trend olub.

Bəzi bloggerlər reklamın bütün detallarının Qəzza soyqırımından ilhamlandığını vurğulayaraq ərəb və İslam hökumətlərindən bu mövzuda hərəkətə keçmələrini istəyiblər.

Tunisin paytaxtında Fələstin tərəfdarı olan bir qrup etirazçı əllərində Fələstin bayrağı və şüarlar səsləndirərək Zara mağazasının qarşısına toplaşıb. Mağazanın vitrininə qırmızı boya atdılar.

Britaniyanın Reklam Standartları Təşkilatı Zara kampaniyası ilə bağlı 110 şikayət aldığını açıqlayıb və "Zara reklamı sildiyi üçün bundan sonra heç bir addım atmayacağıq" deyib.

4187795

captcha