IQNA

Beynəlxalq nüfuzlu şəxslər Qahirə Kitab Sərgisində olublar

18:53 - December 24, 2023
Xəbər sayı: 3495170
İQNA – Qahirədə İslam İşləri Ali Şurasının kitab sərgisini Misir Beynəlxalq Quran Müsabiqəsində iştirak edən bir qrup münsiflər heyəti və alimlər ziyarət edib.

"İQNA", "Darul-Hilal" saytına istinadən xəbər verir ki, Qahirənin ən əhəmiyyətli məscidlərindən birində keçirilən bu sərgidə, Misir Vəqflər Nazirliyinin dini şöbəsinin müdiri Hişam Əbdül-Əziz və bu nazirliyin məscid işləri mərkəzinin rəhbəri Seyid Əbdül-Məcid də bu sərgidə iştirak ediblər.

Bu sərgidə məscidlərlə maraqlanan çoxlu sayda insan iştirak edib. Sərgiyə gələnlər Misir Vəqflər Nazirliyinin dini və islami əsərlərin nəşrində xidmətlərini yüksək qiymətləndirmişlər.

30-cu Beynəlxalq Qurani-Kərim müsabiqəsinin iştirakçıları cümə namazını Qahirənin ən mühüm məscidlərindən birində qılıblar.

Qurani-Kərim yarışmasında 64 ölkədən nümayəndələr iştirak edib. Müsabiqə şənbə günü, dekabrın 23-də başlayıb və dörd gün davam edəcək.

4189412

captcha