IQNA

İlhan Ömər: “ABŞ fələstinliləri öldürmək üçün İsrailə yaşıl işıq yandırdı”

10:25 - March 03, 2024
Xəbər sayı: 3495557
İQNA – İlhan Ömər Bayden administrasiyasını “fələstinlilərin qətliamına yaşıl işıq yandırmaqda” ittiham edib.

"İQNA", Səma News saytına istinadən xəbər verir ki, Ömər ABŞ millət vəkilləri ilə keçirdiyi mətbuat konfransında İsrailin Qəzzaya qarşı apardığı qanlı müharibəni dayandırmaq üçün dərhal atəşkəs istəyib, çoxlu mülki vətəndaşın qurban verilməsi və bir milyondan çox fələstinlinin didərgin düşməsi ilə bağlı narahatlığını ifadə edib.

Ömər Bayden administrasiyasını Konqresdən yan keçdiyinə və "gedəcək yeri olmayan mülki əhalinin üzərinə yağan bombalara daha 735 milyon dollar göndərməyə qərar verdiyinə" görə tənqid etdi.

O, həmçinin qeyd edib ki, bu administrasiya fələstinlilərin qətliamına yaşıl işıq yandırarkən dürüst sülh danışıqları aparıçısı olduğunu iddia edə bilməz, çünki İsrailin arsenalının yenidən silahlanması xarici siyasət deyil, sadəcə olaraq sülh içində yaşamaq istəyən müdafiəsiz ailələrə qarşı dövlət tərəfindən dəstəklənən zorakılıqdır.

ABŞ konqresmeni, "Əgər biz həqiqətən də Qəzzanın günahsız əhalisini qorumaq, girovları sağ-salamat qaytarmaq və sülh ümidini canlandırmaq istəyiriksə, indi atəşkəsə çağırmalıyıq". dedi.

Bu açıqlamalar Qəzza Səhiyyə Nazirliyinin ölənlərin sayının 30 mini keçdiyi barədə hesabatından sonra verilib. Qəzza rəsmiləri həmçinin cümə axşamı günü Qəzzada humanitar yardım almağa çalışan 100-dən çox fələstinlinin öldürüldüyünü açıqlayıb.

4203053

captcha