IQNA

Papa Qəzzə üçün “bəsdir artıq” deyib

8:56 - March 05, 2024
Xəbər sayı: 3495568
İQNA – Katoliklərin ruhani lideri və Vatikanın prezidenti Papa Fransisk İsrailin hücumu altında olan Qəzzədəki vəziyyət üçün “Bəsdir” deyərkən atəşkəs danışıqlarının davam etdirilməsini təşviq etdiyini söyləyib.

Papa ənənəvi bazar dusını Vatikanda Müqəddəs Pyotr meydanına baxan ofisinin pəncərəsindən edib.
Papa Fransisk “Xalqların ağrısını hər gün ürəyimdə daşıyıram. Minlərlə ölü və yaralı, köçkün, dağıntılar var və bu vəziyyət əzablara səbəb olur. Bunun öz gələcəyini təhlükədə görən kiçik və müdafiəsiz insanlar üçün dəhşətli nəticələri var” dedi.
Bu yolla daha yaxşı bir dünyanın qurulmasının mümkün olub-olmadığını sual etdiyini izah edən Papa, “Həqiqətənmi bu yolla sülhə nail ola biləcəyimizi düşünürük? Lütfən, dayanın! Hamımız deyirik: Bəsdir, lütfən”. dedi.
Papa Fransisk sözünə belə davam etdi:
“Mən Qəzzədə və bütün regionda dərhal atəşkəs üçün danışıqların davam etdirilməsinə təşviq edirəm ki, girovlar dərhal azad edilsin və öz yaxınlarına qaytarıla bilsinlər və mülki əhali lazımi və təcili humanitar yardımları təhlükəsiz şəkildə əldə edə bilsin”.
AA

captcha