IQNA

Ramazan ayında Liviyada Quran yarışı keçiriləcək

7:14 - March 09, 2024
Xəbər sayı: 3495591
İQNA - Liviya Mədəniyyət Nazirliyi Ramazan ayı üçün xüsusi olaraq milli Quran hifzi müsabiqəsi təşkil edir.

"İQNA", "Əl-Vəsət" saytına istinadən xəbər verir ki, Liviyanın Quran hifzi müsabiqəsinə hazırlıq komitəsi ilk iclasını komitə üzvlərinin iştirakı ilə Mədəniyyət Nazirliyinin ofisində keçirib.

Liviya Mədəniyyət Nazirliyinin saytının verdiyi məlumata görə, hazırlıq komitəsinin üzvləri iştirakçıların seçimi, müsabiqələrdə iştirak şərtləri, yaş kateqoriyalarının müəyyən edilməsi, veriləcək mükafatlar və münsiflər heyətinin üzvlərinin seçilməsi məsələlərini müzakirə ediblər.

Hazırlıq Komitəsi Quran yarışının Ramazan ayının 20-dən 26-na kimi bu ölkənin paytaxtı Tripolidəki Fələkiyyə Qübbəsinin zalında keçiriləcəyini açıqlayıb.

Liviya İslami Dəvət Dərnəyinin baş katibi Məhəmməd Şərif Liviya xalqının Qurani-Kərimin əzbərlənməsinə xüsusi önəm verdiyini və xalqın əksəriyyətinin Quranın bir çox hissələrini əzbərlədiyini bildirib.

Baş katib onu da bildirib ki, Quran hafizi olmaq ölkədə işə qəbul zamanı prioritet məsələlərdən biridir.

Liviya hər il Ramazan ayında keçirilən Dubay Beynəlxalq Quran Hifzi Yarışmasında indiyədək 7 dəfə birinci yeri tutub.

4204077

captcha