IQNA

Haniyə: "Qəzzada müharibənin dayandırılması İsraillə razılaşmanın şərtidir"

16:32 - March 12, 2024
Xəbər sayı: 3495617
İQNA - Həniyyə bildirib ki, Qəzzada müharibənin sona çatması, İsrail əsgərlərinin geri çəkilməsinə və didərgin düşmüş fələstinlilərin öz evlərinə qayıtmasına zəmanət verilmədən İsraillə razılığa gəlmək mümkün deyil.

HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Həniyyə televiziyada yayımlanan çıxışında HƏMAS-ın İsraillə danışıqlara yanaşmalarına və Fələstinin daxili siyasətinə toxunub.

HƏMAS-ın indiyə qədər aparılan danışıqlarda müsbət və məsuliyyətli davrandığını qeyd edən Həniyyə:

"Biz Qəzzada müharibəni bitirməyən, köçkünləri öz evlərinə qaytarmayan və düşmənin Qəzzadan, xüsusən də mərkəzi hissədən çıxarılmasına zəmanət verməyən razılaşma əldə etmək istəmirik. Bu prinsiplər üçün razılaşma əldə etmək üçün İsraili onlara əməl etməyə məcbur edəcək beynəlxalq zəmanətlərin olması vacibdir".

İsrailin razılaşmanın prinsiplərinə sadiq qalacağına dair heç bir zəmanət vermək istəmədiyi üçün hələlik razılığın əldə olunmadığını qeyd edən Həniyyə, HƏMAS-ın danışıqların davam etdirilməsinə və bu prinsipləri ehtiva edəcək hər hansı bir formulun açıq olduğunu vurğulayıb.

Həniyyə İsrailin köçkünlərin mərhələli şəkildə evlərinə qayıtmasından danışdığını, lakin bu barədə dəqiq məlumat vermədiyini və Qəzzanı iki yerə bölməyə davam etdiyini bildirib.

 

İsrailin Fələstin xalqına qarşı psixoloji müharibə apardığını, xaos salmağa, xalqı parçalamağa çalışdığını, lakin buna nail ola bilməyəcəyini qeyd edən Həniyyə, İsrailin törətdiyi bütün qırğınlara və soyqırımlara baxmayaraq, Fələstin xalqını ölkədən çıxara bilmədiyini bildirib.

Həniyyə çıxışının sonunda Qüds, İordan çayının qərb sahili və diasporadakı fələstinliləri Məscidül-Əqsa və müqəddəs yerləri hədəf alan sui-qəsdlərlə mübarizə aparmaq üçün başladılan Əl-Əqsa Tufanına dəstək verməyə çağırıb.

TRT

captcha