IQNA

Bütün oruc tutan müsəlmanların arzusu Qəzzada yaşanan iztirabların bitməsidir

3:31 - March 13, 2024
Xəbər sayı: 3495622
İQNA – Fələstin Natiqlər Dərnəyinin sədri bildirib ki, mübarək Ramazan ayında oruc tutan bütün müsəlmanlar Qəzza xalqının iztirablarının qurtarması üçün dua edirlər.

Salam Əbu Tariq əl-Səudi Ramazan ayının başlanması münasibəti ilə İQNA-ya göndərdiyi mesajda bu sözləri deyib:

Mübarək Ramazan ayı ərəfəsində Uca Allahdan Qəzza zolağında 5 aydan artıq oruc tutan aclara yemək verməsini, geyinməyə paltarı olmayanlara köməklik etməyi, qorxanlara güvən verməsini diləyirik.

Allaha dua edirik ki, bu müqəddəs ayın gəlişi ilə Fələstin xalqı və bütün ərəb və müsəlman ümməti üçün sülh, əmin-amanlıq, qələbə və bərəkət ayı olsun.

Qəzzada baş verən bütün hadisələrə baxmayaraq, Allaha dua edirik ki, qəlblərimizi birləşdirsin, ixtilafları aradan qaldırsın, İslam dünyasında birlik hökm sürsün. Uca Allahdan bu mübarək ayın başlaması ilə bizə qələbə və düşmənlərimizin məğlubiyyəti ilə müjdə verməsini diləyirik.

Beş aydır dünyanın diqqətindən yayınan oruc tutan bu insanlara Allahdan rəhmət diləyirik.

Allah Fələstinə düşmən olanların və onlara yardım edənlərin, dəstək olanların cəzasını versin, çünki onların xəyanəti üzə çıxıb. Onlar Allaha tövbə etmədikcə bağışlanmazlar.

4204776

captcha