İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Hindistanın ən qədim məscidinin təmir işləri başa çatıb və bu gün (10 Noyabr 2019-cu il) yenidən müsəlmanların istifadəsinə verilib.
Hindistanlı müsəlmanların fikrincə Krala əyalətində yerləşən Çərəman Cümə məscidi bu ölkənin ən qədim məscididir. Bir çox qeyri-müsəlmanlar da bu məscidə ibadət üçün gəlirlər.
Məşhur rəvayətə görə bu məscidi 7-ci milad əsrinin birinci yarısında Çera sülaləsinin sonuncu padşahı Çaraman Prumal tikdirib. O, öz taxt-tacını ataraq İslam dininə müşərrəf olub. Bundan sora isə Ərəb tacir Malik ibn Dinara bir məscid tikdirmək göstərişi verib.