Beynəlxalq Quran Xəbər Agentliyi(İQNA) Deyerler.org-a istinadən xəbər verir ki, İraq Federal Təhlükəsizlik Qüvvələrinin rəisi Raid Şakir Cövdət açıqlama verərək, Mosulun qədim bölgəsinin azad edilməsinə yaxın olduğunu bildirib. O, İraq qüvvələrinin İŞİD ilə mübarizədə bütün yolları sınayacaqlarını və hər bir vəziyyətə hazır olduqlarını bildirib.
İraq federal təhlükəsizlik qüvvələri iyunun 27-i Mosulun qədim bölgəsindəki Babul Bəyz bölgəsini də İŞİD terrorçularının işğalından azad etmişdir.
İraqlı qüvvələr eyni zamanda Mosulun qədim bölgəsindəki Şəm-Un Kilsəsini azad edərək, Omarul-Əsvəd ilə Əl-Rabiə məscidinə doğru irəliləyirlər.