IQNA

Yəməndə vəba müalicəsi mərkəzi bombalandı

23:14 - June 11, 2018
Xəbər sayı: 3483309
Səudiyyə Ərəbistanı koalisiyası qüvvələrinin qırıcı təyyarələri bu gün, həftənin birinci günü, 11 İyun 2018-ci il, Yəmənin Əbəs şəhərində vəbalı xəstələrin müalicəsi mərkəzini bombalayıblar.

Yəməndə vəba müalicəsi mərkəzi bombalandıİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Səudiyyə Ərəbistanı koalisiyası qüvvələrinin qırıcı təyyarələri bu gün, həftənin birinci günü, 11 İyun 2018-ci il, Yəmənin Əbəs şəhərində vəbalı xəstələrin müalicəsi mərkəzini bombalayıblar.

Bu barədə "səhədsiz həkimlər təşkilatı"nın informasiya şöbəsi xəbər yayıb. Vəbalı xəstələrin müalicəsi üçün olan bu xəstəxana Yəmənin qərbində Əbəs şəhərində yerləşir.

"Səhədsiz həkimlər təşkilatı" öz tyuter səhifəsində yazır: Səudiyyə Ərəbistanı koalisiyasının bu hərəkəti onların xəstəxanalara və müalicə mərkəzlərinə hörmətsizliklərinin əlamətidir. Bu cür hücumlar istər şüurlu, istərsə də səhvən baş versin, qəbuledilməzdir.

Martinz (Sərhədsiz həkimlər təşkilatının Yəmənə ezam olunmuş heyətinin rəisi) elan edib: Bu təşkilat xəstələrin və işçilərin sağlamlığını və təhlükəsizliyini təmin etmək məqsədi ilə müvəqqəti olaraq Əbəs şəhərindəki fəaliyyətlərini dayandırır.

http://iqna.ir/fa/news/37220622  

captcha