İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Danimarkanın LEGO müəssisəsi Suriya və Ruhingiyalı (Myanma, Raxin) uşaqlara yüz milyon dollarlıq humanitar yardım göndərib.
Danimarkanın LEGO müəssisəsi Amerikanın qeyri-kommersiya təşkilatı (NPO) olan və təhsil sahəsində fəaliyyət göstərən "Seasme Workshop" müəssisinə Suriya və Ruhangiyada zərər görmüş uşaqların vəziyyətinin yaxşılaşdırılması cəhətində layihlərinin həyata keçirilməsi üçün 100 milyon dollar maddi yardım verib.
LEGO müəssisəsi elan edib ki, uşaqların təhsil və təlim məsələsində inkişafı üçün oyun oynamağın xüsusi əhəmiyyəti vardır. Və həmin məbləğ dünyadakı uşaqların ən çox zərərçəkmişləri üçün nəzərdə tutulmuşdur.
Danimarkanın LEGO müəssisəsi Amerikanın qeyri-kommersiya təşkilatı (NPO) olan "Seasme Workshop" müəssisini 5 il maddi baxımdan təmin edəcəkdir.
Qeyd edək ki, Danimarkanın LEGO müəssisəsi 1986-cı ildə təsis edilmişdir. Bu müəssisə Danimarka oyun istehsalçılarının bazar səhminin 25 faizinə sahibdir.